Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Azərbaycanlı müğənnini Türkiyədə maşın vurub

Hadisəni törədən şəxs Türkiyə polisi tərəfindən axtarışdadır

Türkiyədə yaşayan azərbaycanlı müğənni Yeganə Mürsəlovanı maşın vurub. Hadisə İstanbul şəhərində baş verib. Müğənni bildirib ki, hadisənin baş verməsində sürücü günahkar olub. Oktyabrın 19-da günorta saatlarında oğlu Ömərlə birgə yolu keçərkən qayda pozuntusuna yol verən avtomobil sürücüsü azərbaycanlı sənətçini vuraraq qaçıb. Hadisə zamanı Yeganə Mürsəlovanın ayaqları ciddi xəsarət alıb: “Həmin an nə edəcəyimi bilmədim. Fikrim oğlumun yanında idi. Sürücü məni vurduqdan sonra hadisə yerindən qaçdığı üçün onu polisə verdik. Qaçmasaydı, məni dərhal xəstəxanaya aparsaydı, bu addımı atmazdım. Gələn həftə Bakıya gəlməyi düşünürdüm, planlarım alt-üst oldu”. Y. Mürsəlova deyib ki, hazırda hadisəni törədən şəxs Türkiyə polisi tərəfindən axtarışdadır.

Hadisə baş verdikdən sonra xəstəxanaya aparılan Yeganənin sol ayağının bir neçə yerində sınıqlar aşkarlanıb, ayağına gips qoyulub. Həkimlər ayağının bir ay gipsdə qalacağını bildiriblər.

Qeyd edək ki, müğənni Yeganə Mürsəlova Türkiyə vətəndaşı ilə ailəlidir, Ömər adlı bir oğlu var.






21 Oktyabr, 2011  19:10 Baxılıb: 1064 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner