Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qüdrət Həsənquliyev iki nazirə birdən hücum etdi

BAXCP sədri xarici işlər və müdafiə nazirlərini istefaya çağırdı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib. Müsahibədə xarici işlər naziri Elmar Məmmədyarovun "sülh sazişi" ilə bağlı son açıqlamalarına toxunan deputat deyib ki, hər hansı bir sənəddə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və tanınması imperativ şəkildə əks olunmazsa belə bir sənədin imzalanması kapitulyasiyadır və buna qətiyyən yol vermək olmaz.


Q.Həsənquliyev daha sonra Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin açıqlamalarına toxunub: "Onların açıqlamaları ölkənin xarici siyasətini müəyyənləşdirən Azərbaycan Respublikası prezidentinin bəyanatlarından kəskin şəkildə fərqlənir. Çox yanlış olaraq belə bir təsəvvür yaranıb ki, xarici işlər naziri dövlət başçısından daha yumşaq, müdafiə naziri isə əksinə, daha sərt danışmalıdır. Azərbaycan prezidentindən fərqli mövqe ortaya qoyan insanlar istefa verərək öz mövqelərini başqa bir formada açıqlaya bilərlər. Dövlət başçısı hər zaman bəyan edir ki, bütün vasitələrdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik. Və Elmar Məmmədyarov fərqində olmalıdır ki, Azərbaycan prezidentinin bəyanatları üzərinə başqa ifadələrlə kölgə salınması bu bəyanatların təsir gücünü azaldır. Bu insanlar anlamalıdırlar ki, erməni gənclərinin kütləvi şəkildə Ermənistanı tərk etmələri heç də işğalçı ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı deyil. Erməni gənclərinin ölkədən qaçmalarının əsas səbəbi Azərbaycan prezidentinin hərbi güc tətbiqinin mümkünlüyü ilə bağlı kəskin bəyanatlarıdır. Erməni diplomatiyasının və diasporunun, eləcə də Ermənistanı himayə edən güclərin Azərbaycan prezidentinin kəskin bəyanatlarından dərhal sonra hərəkətə keçmələri, ölkəmizə təzyiq göstərmələri də bununla bağlıdır. Təəssüf ki, daxildəki bəzi qruplar da bir çox hallarda Ermənistanın xarici havadarlarının təhriki ilə, bilərəkdən, yaxud da bilməyərəkdən bu prosesin iştirakçısına çevrilirlər.
Hər dəfə Elmar Məmmədyarovun "malalayıcı" açıqlamalarından dərhal sonra Serj Sarkisyan bəyan edir ki, Azərbaycan Respublikası Prezidentinin bəyanatları daxili auditoriyaya hesablanıb. Buna görə də, düşünürəm ki, hökumət daxilində ciddi nizam-intizam yaratmağın da zamanı çatıb. Ermənistan və onun dünyadakı havadarları bilməlidirlər ki, işğala son qoyulmayacağı və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayacağı təqdirdə müharibə qaçılmaz olacaq".






21 Oktyabr, 2011  19:07 Baxılıb: 791 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner