Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Prezident təqaüdçülərinin konserti

Tədbir müstəqilliyin 20 illiyinə həsr olunub

Oktyabrın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüş gənc musiqiçilərin konserti keçiriləcək.

Simsar.az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsi saytına istinadən xəbərinə görə, konsert Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunur. 
Konsertdə Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Nərgiz Hüseynova (skripka), R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Kamil Həsənov (fortepiano), L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Şəms Ağazadə (skripka), Kənan Mayılov (skripka), Kamran Ömərli (skripka), İsrafil Rəsulov (truba), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Vurğun Vəkilov (fortepiano), Ceyla Seyidova (skripka), Nərmin Nəcəfli (fortepiano) və Rüstəm Zeynalov (fortepiano) iştirak edəcəklər. Proqrama Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxil edilib.






21 Oktyabr, 2011  16:36 Baxılıb: 1184 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner