Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türkdilli ölkələrin prezidentləri Qazaxıstanda

Almatı Bəyannaməsi qəbul ediləcək

APA-nın xəbərinə görə, toplantıda Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycan prezidenti İlham Əliyev, Qırğızıstan prezidenti Roza Otunbayeva və Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ iştirak edir (Baş nazir Rəcəb Tayyib Ərdoğan son terror aktları ilə əlaqədar Qazaxıstana səfərini ləğv edib).

Sammitə dəvətli qismində TÜRKSOY-un baş katibi Dusen Kaseinov və Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənov da qatılıb.

Yığıncağı giriş sözü ilə açan Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, sammit ölkələr arasında iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunub: “Bizim mənəvi birliyimiz iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığın təməli olmalıdır”.

N. Nazarbayev son terror aktları nəticəsində baş verən ölümlərlə əlaqədar türk xalqına başsağlığı verib.

Qeyd edək ki, görüşdə əsas müzakirə mövzuları türkdilli ölkələr arasında iqtisadi-ticarət və mədəni-humanitar əməkdaşlığın prioritetləri və aktual regional-beynəlxalq məsələlər olacaq. Sammitin yekunları əsasında Almatı Bəyannaməsi qəbul ediləcək.






21 Oktyabr, 2011  15:46 Baxılıb: 895 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner