Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan üçün həlledici gün

Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi məsələsinə bu gün baxılacaq

Bu gün BMT Baş Assambleyasında 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasına beş qeyri-daimi üzvün seçkisi keçiriləcək. ANS PRESS-in BMT-nin internet saytına istinadən verdiyi məlumata görə, Şərqi Avropa ölkələri qrupundan bir yerə Azərbaycan, Macarıstan və Sloveniya iddia edir.

Azərbaycan heç vaxt BMT-nin ali orqanlarından olan Təhlükəsizlik Şurasının üzvü olmayıb. Macarıstan iki dəfə (1968-1969 və 1992-1993) Sloveniya isə bir dəfə (1998-1999) BMT Təhükəsizlik Şurasının qeyri-daimi üzvü olub.

Afrika və Asiya-Sakit okedan ölkələri qrupundan yerlər uğrunda Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo mübarizə aparacaq. Qəbul olunmuş təcrübəyə görə, bu dəfə iki yeri Afrika, bir yeri isə Asiya ölkəsi tutmalıdır. Beləliklə, heç vaxt BMT Təhlükəsizlik Şurasının üzvü olmayan Qırğızıstan altı dəfə qeyri-daimi üzv olmuş Pakistanla mübarizə aparmalı olacaq. Qalan iki yer uğrunda isə Mavritaniya, Mərakeş və Toqo yarışacaq. Onların hamısı vaxtilə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olublar.

Dekabrın 31-dən Bosniya və Hersoqovina, Braziliya, Qabon, Livan və Nigeriyanın Təhlükəsizlik Şurasındakı yerləri boşalacaq.

BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya,Çin, Fransa, Rusiya və ABŞ qurumun daimi üzvləridirlər. Qalan 10 qeyri-daimi üzv isə Baş Assambleya tərəfindən iki illiyə seçilir. Hər il beş ölkə əvəzlənir.

Xatırladaq ki, bir sıra ölkə Azərbaycanın namizədliyini dəstəklədiyini bildirib. Yalnız Ermənistan rəhbərliyi Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçiliyinə qarşı çıxacağını bəyan edib.






21 Oktyabr, 2011  15:29 Baxılıb: 1091 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner