Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Taksilərə qarşı "səlib yürüşü"

Bu əməliyyat da "Eurovision" çərçivəsində aparılır

Bakıya gətirilən London taksilərinin (TX4) sayı 500-ə çatdırılıb. Simsar.az-ın məlumatına görə, Azərbaycan paytaxtında keçiriləcək “Eurovision-2012” müsabiqəsinədək bu taksilərin sayının 3000-nə çatdırılması planlaşdırılıb.

Nəqliyyat Nazirliyindən Lent.az-a verilən məlumata görə, yeni taksilər Bakı və Bakıətrafı qəsəbələrin sakinlərinə, həmçinin xarici qonaqlara xidmət edəcək.

Həmçinin yeni taksilərə fərdi şəxslər sahib ola biləcəklər. Bunun üçün, həm nağd, həm də kreditlə ödəniş imkanları nəzərdə tutulub.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, Bakıda artıq yalnız London taksilərinin dayandığı taksi dayanacaqları yaradılıb. Artıq “Azneft” meydanını ətrafına, “Neftçilər” prospektindəki taksi dayanacaqlarına, həmçinin şəhərin digər mərkəzi yerlərində kənar taksilərin dayanmasına icazə verilmir. Həmin ərazilərə Nəqliyyat Nazirliyinin əməkdaşları nəzarət edir və London taksilərindən başqa maşınlara əraziyə daxil olmağa icazə verilmir.

Qeyd edək ki, bir neçə gün əvvəl nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, hazırda Bakıda 20 mindən çox qanunsuz taksi fəaliyyət göstərir. Nazir qeyd edib ki, taksi kimi fəaliyyət göstərən həmin nəqliyyat vasitələri tədricən yığışdırılacaq.






21 Oktyabr, 2011  15:27 Baxılıb: 960 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner