Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

NƏHƏNG DİKTATORU BÖCƏK KİMİ ƏZDİLƏR -VİDEO – FOTOLENT

Yaralı Qəddafini sürüyüb öldürdülər

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin cəsədi insanlara nümayiş etdirilir. Simsar.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, onun meyiti Misurata şəhərinin məscidlərindən birində nümayiş olunur. Yeni hökumətin nümayəndələri onun meyitinin yuyulacağını və müsəlman adəti ilə basdırılacağını bildiriblər.

Bundan əvvəl isə meyit Tripoli şəhərinin küçələrində yerlə süründürülüb. Sonra Keçid Hökumətinin silahlı dəstələrinin və adi insanların baxması üçün şəhərin ortasına qoyulub. Şəkillərdən də görünür ki, yüzlərlə insan Qəddafinin cəsədinə baxmaq və onun fotolarını çəkmək üçün ətrafa yığışıb.

Qeyd edək ki, Qəddafinin necə öldürüldüyü ilə bağlı yeni məlumatlar daxil olur. Onun əvvəlcədən iddia edildiyi kimi döyüş zamanı öldürülmədiyi, linç edildiyi məlum olub.

Xəbərə görə, Qəddafi mühafizəçiləri ilə bir yerdə Sirtdən qaçan zaman bombardmana məruz qalıb. Onun konvoyundakı avtomobillər vurulub və yaxın adamlarının çoxu öldürülüb. Qəddafi özü sağ qalıb və yaxınlıqdakı kanalizasiya borusunda gizlənib. Tapılan zaman “Vurmayın, çıxıram” deyə, təslim olub. Ölümcül yaralı olmayan Qəddafinin əsgərlərə yalvardığı görünür. Əsgərlərdən biri isə “İndiyə kimi bizə nə etmisən?” deyə sual verir. Bundan sonra Qəddafini döyməyə başlayıblar. Sonra isə bir neçə dəfə qarnına atəş açıblar, sonuncu gülləni isə gicgahına sıxıblar.






21 Oktyabr, 2011  15:02 Baxılıb: 1047 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner