Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xəlil Rzadan möhtəşəm şeir

Bu gün görkəmli şairin 79 yaşı olur

Bu gün görkəmli Azərbaycan ziyalısı, xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür.

Simsar.az xəbər verir ki, 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olan Xəlil Rzanın ilk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunub. 1949-cu ildə Xəlilin Azərbaycan Dövlət Uiversitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. Ədəbiyyatşünas alim Cəfər Xəndanla, şair Bəxtiyar Vahabzadə ilə, xalq yazıçısı Mirzə İbrahimovla və digər ziyalı sənətkarlarla təması Xəlil Rzanın şair kimi püxtələşməsinə ciddi təsir göstərib.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlaıb. 1957-ci ildə Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza Rusiya paytaxtında görkəmli yaradıcı simalarla tanış olur. 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edir.

O vaxtlar şairin dövrün tələbləri ilə ayaqlaşmayan şeirlərinə görə qınayanlar barədə yazılıb: "Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şeirlərini dinləməkdən belə qorxanların sayı min-min idi. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər".

Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırır. Onu Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Ötən əsrin 80-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın səsi Azərbaycanın bütün regionlarında eşidilib. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə sovet siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.
1990-cı ilin yavarında Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı sarsıdır. O bütün qüvvəsi ilə 20 yanvar hadisələrini, M. Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.

1990-cı il yanvann 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfindən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair "Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktub qələmə alır. Şair 1994-cü il iyun ayının iyirmi ikisinədək- dünyasını dəyişən günədək yazdığı şeirlərdə və nəşr etdirdiyi kitablarda “Xəlil Rza Ulutürk” imzasını qoyub. Şairin “Bahar gəlir” ilk şeirlər kitabı 1957-ci ildə, “Lefortovo zindanında” adlı 27-ci kitabı isə 1998-ci ildə çap edilib.

Keçirdiyi ağır şəkər xəstəliyi ilə bağlı uzun sürən müalicələrin faydası uzun çəkmir. O, 1994-cü il iyunun 22-də yaradıcılığının zirvə çağında həyatla vidalaşır. Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olunub.

Xəlil Rzanın zindanda olarkən Firəngizinə yazdığı şeir...

Firəngizim, əzizim, mənim yeganəm, bircəm,
Boynu-buruq nərgizim, qan-yaş tökən gülqönçəm!

Bəlkə öylə bilirsən bambaşqa məkandayam,
Hörümçəkli, ilanlı, qaranlıq zindandayam.

Vallah, nur içindəyəm, ey mənim gözüm nuru!
Burda nə bir əqrəb var, nə də hörümçək toru.

Kameramız kəmişıq, kiçik mənzilə bənzər.
Yorğan-döşək tər-təmiz, balışüzü qət-əcər.

Möhürlü ədyalım var-evdəkindən də yaxşı.
Məlul-müşgül dayanma, ey könlümün sirdaşı!

Düzdür, qapım dəmirdi, pəncərəm də dəmirdən.
Nə qəm, bu da əmr idi, gəldi , keçdi ömürdən.

Mən siyasi dustağam, sən uca tut başını!
Pəncərəni aç bu gün...Əyilsin Günəş öpsün
gözlərinin yaşını.






21 Oktyabr, 2011  14:49 Baxılıb: 2589 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner