Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Qazaxıstanda Qarabağdan danışdı

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan ərazilərinin işğalına son qoymaq lazımdır

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsi mövzusunu daim diqqət mərkəzində saxlayır və bu məsələni dünya liderləri ilə mühüm görüşlərində qaldırır. Trend-in "Kazinform"a istinadən yaydığı məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın dövlət başçısı ilə görüşündən sonra bəyanatında deyib.

İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyinə görə Qazaxıstana minnətdar olduğunu bildirib.

"Bu münaqişəyə və ərazilərimizin işğalına son qoymaq lazımdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinin təmin edilməsi vacibdir. Bu təşkilatın qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir. BMT TŞ tərəfindən Dağlıq Qarabağ münaqişəsi haqqında dörd qətnamə qəbul edilib. Həmin qətnamələr erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir. Bu qətnamələr təəssüf ki, yerinə yetirilməyib. Ərazi bütövlüyümüz pozulub. Azərbaycan müstəqillik illəri ərzində bu cür ağır problem olmasaydı, daha böyük uğurlara nail ola bilərdi. Biz bu məsələnin beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyünün prinsip və prioritetliyinin dəqiq müəyyən olunduğu Helsinki Yekun Aktı çərçivəsində həll olunmasına sadiqik", - İlham Əliyev deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, son yeddi il ərzində Qazaxıstana üçüncü dəfə rəsmi səfərə gəlir.

"Belə qarşılıqlı əlaqələr qarşılıqlı münasibətlərimizə necə diqqət yetirdiyimizə parlaq sübutdur. Münasibətlərimiz möhkəm tarixi bazaya əsaslanır və bu əlaqələr çoxəsrlik tarixə malikdir", - o qeyd edib.

İlham Əliyevin sözlərinə görə, bu gün iki qardaş və müstəqil dövlət öz münasibətlərini tərəfdaşlıq və dostluq əlaqələri əsasında qurur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.






20 Oktyabr, 2011  20:06 Baxılıb: 1026 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner