Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vergilər Nazirliyinə qarşı şikayətlərdə azalma

Videoqəbul layihəsi başa çatdırılıb

Daxil olmuş müraciətlərdən 97,3%-i ərizə, 2,6%-i şikayət olub. 631 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Simsar.az-a verilən məlumata görə, müraciətlərdən 43,6%-i müxtəlif arayışların alınması, 13,4%-i vergi borcları, 18,7%-i kameral vergi yoxlamaları, 3%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri və ya hərəkətsizlikləri, 2%-i vergidən yayınma, 0,7%-i korrupsiya ilə əlaqədar hüquqpozmalar, qalanları isə digər məsələlərlə bağlı olub.

Müraciətlərin 78,1%-i müsbət həll olunub, 10,5 %-i barədə müvafiq izahat verilib, 6%-i əsassız sayılıb.

Cari ilin 3-cü rübündə vergi orqanlarına daxil olan müraciətlərin ümumi sayı 2-ci rübə nisbətən 4,6%, şikayətlərin ümumi sayı isə 25,5% azalıb. Vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri və ya hərəkətsizlikləri ilə bağlı şikayətlərin sayı 19,3%, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı şikayətlərin sayı isə 44% azalıb.

Sentyabr ayının sonunda vətəndaşların videoqəbulu layihəsi də başa çatdırılıb, onlara ərazi vergi idarələri və vergi ödəyicilərinə xidmət terminalları vasitəsilə nazirliyin rəhbər vəzifəli şəxslərinə birbaşa real vaxt rejimində müraciət etmək imkanı yaradılıb. Həm nazirliyin rəhbər vəzifəli işçiləri, həm də Ərazi Vergilər İdarələri və vergi ödəyicilərinə xidmət terminallarının əməkdaşları üçün videoqəbulla bağlı treninqlər keçirilib.






20 Oktyabr, 2011  19:23 Baxılıb: 950 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner