Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sinoptiklərdən xəbərdarlıq

Yaxın 3 gün ərzində dəyişkən və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir

Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də, oktyabrın 20-dən 21-nə keçən gecə və səhər yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 21-də arabir yağış yağacağı, bəzi şərq rayonlarında leysan xarakterli olacağı, gündüz qərb rayonlarında tədricən kəsiləcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12 dərəcə, gündüz 15-20 dərəcə, dağlarda gecə 2-7 dərəcə, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında dəyişkən və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.






20 Oktyabr, 2011  18:19 Baxılıb: 1084 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner