Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Nursultan Nazarbayev: “Azərbaycan Qafqazda Qazaxıstanın başlıca iqtisadi və strateji tərəfdaşıdır”

“Azərbaycan Qafqaz bölgəsində Qazaxıstanın başlıca iqtisadi və strateji tərəfdaşıdır”.

APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almatıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra deyib. O bildirib ki, Azərbaycan öz müstəqilliyinin 20 illiyini nəhəng siyasi və iqtisadi uğurlarla qarşılayıb: “Mən hesab edirəm ki, ölkələrimiz müstəqilliyin əldə edilməsi dövrünü layiqli şəkildə keçirdi. Bu illər bizdən öncəki nəsillərin müstəqillik arzularının gerçək olduğu illərdir”.

Dövlət başçıları Qazaxıstanla Azərbaycanın dost və qardaş ölkə olduğunu vurğulayıblar. Qarşılıqlı ticarət əlaqələrinə toxunan prezidentlər qeyd ediblər ki, ticarət dövriyyəsinin 60% artmasına baxmayaraq, mövcud ticarət həcmi onları qane etmir. Nəqliyyat, kənd təsərrüfatı və qarşılıqlı ticarət sahəsindəki layihələr gələcəkdə ticarət həcminin artmasına şərait yaradacaq.






20 Oktyabr, 2011  17:59 Baxılıb: 890 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner