Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan və Qazaxıstan arasında 4 sənəd imzalanıb (Yenilənib)

Təkbətək görüş başa çatdıqdan sonra İlham Əliyevin və Nursultan Nazarbayevin geniş tərkibdə danışıqları olub

Prezident İlham Əliyevin və Prezident Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannamə”sini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında Saziş”i Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov imzalayıblar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokolu”nu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Berik Kamaliyev imzalayıblar.

***
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

***
11:39
Bu gün Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Qazaxıstan Prezidentinin iqamətgahı qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qazaxıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Nursultan Nazarbayeva təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü olub.






20 Oktyabr, 2011  16:46 Baxılıb: 913 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner