Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Həbs olunan ikiqat dünya çempionu ifadə verdi

"Mən polisi öldürməmişəm"

Rusiyanın Samara vilayətində polis sahə müvəkkili Samvel Mehrabovu öldürməkdə şübhəli bilinərək Moskvada həbs olunan azərbaycanlı dünya çempionu Canpolad Budaqov münaqişədə iştirakını inkar edib. Simsar.az-ın məlumatına görə, bu barədə “Volqa Nyus”a Samara vilayətinin Təhqiqat İdarəsinin mətbuat xidmətinin rəhbəri Yelena Şkayeva açıqlama verib. 

Şkayeva bildirib ki, Budaqov Samaraya köçürülüb və hazırda müvəqqəti saxlama təcridxanasındadır: “O, avqustun 1-ə keçən gecə “Vodopad” kafesində baş verən konfliktdə iştirakını inkar edir və sahə müvəkkilini öldürdüyünü boynuna almır”.

Mətbuat katibinin sözlərinə görə, şübhəli şəxsin üzərində pasport da yoxdur. Budaqov Samaradan Moskvaya qaçıb gizləndiyi vaxt pasportunu cırıb-atıb.

Hadisə Samvel Mehrabov kafedə atasının 50 illik yubileyini keçirdiyi vaxt baş verib. Kafedə olan iki qrup arasında dava düşüb. Mehrabov polis işçisi kimi araya girdiyi vaxt onun sinəsinə bıçaq zərbəsi endirilib. Həkimlər polis əməkdaşının həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 40 yaşlı Canpolad Vəli oğlu Budaqov dünya və Avropa çempionu, eləcə də Dünya Kubokunun qalibi olub. O, 2007-ci ilin mayında Bakıda 2,53 q heroinlə tutulub. Budaqov 2 il həbsdə yatdıqdan sonra 2009-cu ildə azadlığa çıxıb. Lakin növbəti il ona qarşı xuliqanlıq maddəsi ilə yeni cinayət işi qaldırılıb. Lakin idmançı Azərbaycandan qaçdığı üçün yanvarda barəsində axtarış elan olunub.






20 Oktyabr, 2011  16:32 Baxılıb: 938 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner