Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Unun tərkibinə dəmir qatılacaq

Millət vəklili qanunda anemiya xəstəliyinin qarşısını almaqdan ötrü unun dəmirlə zənginləşdirilməsini təklif edib

Azərbaycanda qan azlığı xəstəliyinin qarşısının alınması məqsədilə ərzaq məhsullarının tərkibinə dəyişiklik edilməsi təklif olunur. Bu barədə Simsar.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, qan azlığı xəstəliklərinin qarşısının alınması üçün ərzaqların dəmirlə zənginləşdirilməsinin hüquqi əsasını yaradan qanun hazırlanacaq. Millət vəklili deyib ki, hazırlanacaq qanunda anemiya xəstəliyinin qarşısını almaqdan ötrü ölkədə istehsal olunan və ölkəyə gətirilən unun dəmirlə zənginləşdirilməsi tələbi qoyulacaq.

"Bu tələb ola bilər ki, başqa ərzaq məhsullarına da tətbiq edilsin. Ancaq əhali daha çox un məhsullarından istifadə etdiyinə görə unun dəmirlə zənginləşdirilməsi daha vacib sayılacaq", - Quliyev əlavə edib.

Onun sözlərinə görə, çörək yeganə ərzaq vasitəsidir ki, hər kəs tərəfindən daimi olaraq qəbul olunur. Ona görə də bu tələbi un istehsalına şamil etmək daha məqsədəuyğun olardı.

RAMİL






20 Oktyabr, 2011  16:02 Baxılıb: 1050 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner