Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycan-İran sərhədində insident: 1 yaralı

Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusuna atəş açılıb

Dövlət Sərhəd Xidməti (DSX) oktyabrın 19-da Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. DSX-nin mətbuat mərkəzindən verilən məlumatda bildirilir ki, oktyabrın 19-u, saat 14.00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin pozulması müşahidə edilib. Bunun qarşısının alınması məqsədi ilə əraziyə əlavə sərhəd naryadlar çıxarılıb və axtarış təşkil olunub. Nəticədə dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, xəbərdarlıq və qanuni tələblərə tabe olmaqdan imtina edərək sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. Açılmış atəş nəticəsində sərhəd pozucusu yaralanıb, hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya təxliyə edilib. Baş vermiş hadisə barəsində İran tərəfi dərhal məlumatlandırılıb.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.






20 Oktyabr, 2011  15:55 Baxılıb: 858 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner