Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanlı yazıçı qaçdı

Eduard Bağırov Moldavada ev dustağı edilmişdi

Simsar.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məşhur bloqer Rüstəm Adaqamov yazıb ki, Eduard Bağırov artıq Moskvadadır. 

Yazıçının azadlığa çıxdığını İctimai Palata Tribunası da təsdiq edib. “Litprom” portalının redaktoru, yazıçı Yevgeniya Morızyeva deyib ki, Eduard Bağırovun olduğu təyyarə Moskvanın “Domodedevo” aeroportuna enib, Eduard Bağırov Moldovada məhkum olunduğu ev dustaqlığından qaçıb. O, yazıçının ömrünün sonuna kimi Moskvada yaşamaq niyyətində olduğunu qeyd edib.

Moldova Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Mariya Viyer də bildirib ki, Eduard Bağırov oktyabrın 18-də ev dustağı olduğu yerdə aşkarlanmayıb. Bundan sonra yazıçı barədə həbs qərarı verilib. Mariya Viyer Eduard Bağırov saxlanacağı halda həbsxanaya qaytarılacağını vurğulayıb.

Eduard Bağırovun Moldovadan Dnestryanı əraziyə keçməklə Rusiyaya qaçdığı ehtimal olunur. Ancaq Tiraspoldan Moskvaya hazırda sərnişin təyyarəsi uçmur. Buna görə də, yazıçı daha sonra Ukraynaya keçib və Odessa-Moskva sərnişin təyyarəsi ilə oktyabrın 19-da Rusiyaya gəlib.

Xatırladaq ki, Eduard Bağırov Moldovanın paytaxtı Kişinyovda bu il iyunun 16-da saxlanılıb. O, 2009-cu ildə Moldovada keçirilən parlament seçkilərindən sonra başlayan qanunsuz kütləvi aksiyalarda iştirakda günahlandırılır. Yazıçı oktyabrın 13-də istintaq təcridxanasından çıxarılıb və ev həbsinə məhkum edilib.






20 Oktyabr, 2011  15:03 Baxılıb: 1103 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner