Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mehriban Əliyeva məktəb və baxçaların açılışında iştirak etdi

Heydər Əliyev Fondunun rəhbərinə məlumat verilib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 19-da Bakının Xəzər rayonunda yenidən qurulmuş üç təhsil müəssisəsinin açılışlarında iştirak etmişdir.

Əvvəlcə Binə qəsəbəsindəki S.Abbasov adına 117 saylı tam orta məktəbin açılışına gələn Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Sonra açılışı bildirən rəmzi lent kəsildi.

Məktəblə tanış olan Azərbaycanın birinci xanımına məlumat verildi ki, yararsız vəziyyətdə olan məktəb binası 2010-cu ilin dekabrında sökülərək Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yenidən tikilmişdir. 3 hektar ərazini əhatə edən məktəb 2040 şagird, 81 sinif, 4 kompyuter otağı, akt və idman zalları, laboratoriyalar, kitabxana, həkim kabineti, əmək emalatxanalarından ibarətdir. Binanın foyesində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təhsilə qayğısını əks etdirən fotostend qurulmuşdur. Məktəbin həyətində süni örtüklü yeni idman meydançası vardır. Təhsil müəssisəsində 140 müəllim çalışır. Kompyuter otaqlarının avadanlığı məktəbə Fond tərəfindən hədiyyə edilmişdir.

Mehriban xanım Əliyeva məktəbin sinif və kompyuter otaqları, yeməkxanası, laboratoriyasına baxdı, binanın istilik təchizatı ilə maraqlandı. Bildirildi ki, bütün otaqlarda ən müasir istilik sistemi quraşdırılmışdır.

Həmin gün Mehriban xanım Əliyeva Xəzər rayonunun Türkan qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilmiş D.Cəbrayılov adına 119 saylı məktəbə gəldi.

Rəmzi açılış lentini kəsən Heydər Əliyev Fondunun prezidentinə gül dəstəsi təqdim olundu.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilmiş məktəb binası və ibtidai siniflər üçün inşa olunmuş yeni korpusla tanış olan Azərbaycanın birinci xanımı musiqi kabineti, siniflər, yeməkxana, akt və idman zallarına baxdı.

Məlumat verildi ki, 550 yerlik məktəb binası 1966-cı ildə tikilmişdir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində əsaslı təmir olunan məktəb yüksək keyfiyyətli avadanlıqla təchiz edilmişdir. Əlavə olaraq ibtidai sinif şagirdləri üçün tikilmiş 300 yerlik yeni korpusda isə 238 uşaq təhsil alır. Məktəbə Fond tərəfindən 40 kompyuter hədiyyə edilmişdir. Binada ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev, həmçinin Mehriban xanım Əliyevanın təhsilə qayğısını əks etdirən fotoguşə, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 120 nəfərlik akt zalı, 18 min kitabın saxlanıldığı kitabxana, bufet vardır. Məktəb binası mərkəzləşdirilmiş kamera-nəzarət sistemi ilə təchiz olunmuşdur.

Azərbaycanın birinci xanımı oktyabrın 19-da Zirə qəsəbəsində Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində yeni istifadəyə verilmiş uşaq bağçasının açılışında da iştirak etdi.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildikdən sonra rəmzi açılışı bildirən lent kəsildi.

Bağçada yaradılmış şəraitlə tanış olan Mehriban xanım Əliyeva daha sonra yeməkxana, oyun və idman zalı, musiqi otağı ilə tanış oldu. Azərbaycanın birinci xanımına məlumat verildi ki, 120 yerlik uşaq bağçasında 3-6 yaş arası uşaqlardan ibarət 4 qrup fəaliyyət göstərəcəkdir. 1655 kvadratmetr ərazini əhatə edən uşaq müəssisəsində müasir tələblərə cavab verən bütün şərait yaradılmışdır.

Yeni mətbəx və yemək ləvazimatları ilə təchiz olunmuş yeməkxanada uşaqların sağlam və düzgün qidalanması təmin olunacaqdır. Müxtəlif musiqi alətləri ilə təchiz edilmiş otaqda isə balacaların musiqi istedadını kəşf və inkişaf etdirmək üçün əsl imkan vardır.

Həyətdə qurulmuş uşaq meydançası, gözoxşayan köşklər balacaların maraqlı və şən vaxt keçirmələrinin təminatçısı olacaqdır. Uşaqların təhlükəsizliyinə nəzarət mərkəzləşdirilmiş kamera sistemi ilə aparılacaqdır.






20 Oktyabr, 2011  14:45 Baxılıb: 3902 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner