Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ukrayna Daxili Qoşunlarının komandanı Azərbaycanda

Birgə təlimlər keçirilə bilər

Ukrayna Daxili Qoşunlarının (DQ) komandanı, general-leytenant Sergey Yarovoy oktyabrın 19-da Azərbaycana səfərə gəlib. APA-nın məlumatına görə, bu gün səhər o, Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

S. Yarovoy jurnalistlərə açıqlamasında bildirib ki, Bakıya səfəri Azərbaycan DQ komandanın dəvəti ilə reallaşıb. Səfər tanışlıq xarakteri daşıyır, əsas məqsəd gələcək əməkdaşlığın konturlarını müəyyənləşdirməkdir: “Ölkələrimizin bir qıra ortaq layihələri var. Bəzi ortaq məsələləri həyata keçirmək üçün təcrübə mübadiləsinə ehtiyac duyulur. Bakıda keçirəcəyim görüşlərdə bir sıra vacib məsələləri müzakirə edəcəyik. Əsas müzakirə edəcəyimiz mövzu ictimai asayişin qorunması prosesində Daxili Qoşunların fəaliyyəti, xüsusi təyinatlıların fəaliyyətinin təkmilləşdirilməsi, xüsusi əməliyyatların həyata keçirilməsi istiqamətində spesifik məqamların öyrənilməsi, qarşıya çıxan problemlərin həllində təcrübə mübadiləsidir”.

Ukrayna DQ komandanı tədris sahəsində əməkdaşlığın da nəzərdə tutulduğunu deyib: “Bu, əməkdaşlığımızın vacib məqamlarından biridir. Buraya həm müəllim, həm də müdavim mübadiləsi daxildir”.

S. Yarovoy onu da bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Ukrayna və Azərbaycan Daxili Qoşunları arasında birgə təlimlərin keçirilməsi məsələsinin də müzakirə olunacağını vurğulayıb: “Ukrayna və Azərbaycan Daxili Qoşunlarının birgə təlimlərinin keçirilməsi məsələsi də müzakirə mövzusu olacaq, düşünürəm ki, bununla bağlı razılaşma əldə ediləcək”.

Qeyd edək ki, oktyabrın 22-dək davam edəcək səfər çərçivəsində S. Yarovoyun bir sıra görüşlər keçirməsi və Azərbaycan Daxili Qoşunlarının hərbi hissələri ilə tanış olacağı gözlənilir.






20 Oktyabr, 2011  14:28 Baxılıb: 915 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner