Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İnsan bədənindən elektrik cərəyanı alınacaq

Fransalı alimlər “Bioful sel” adlı qurğu ixtira edib

Məşhur “Matritsa” filmindəki fantastik ideyalar tədricən reallaşmaqdadır. Belə ki, Fransanın Josef Furyer Universitetinin alimləri insan bədənindən elektrik cərəyanı almağın yolunu tapıb.

“Bioful sel” adlandırılan kiçik qurğu batareyaları əvəz edə biləcək qədər elektrik enerjisi verir. Qurğu iki elektroddan ibarətdir. Onlardan biri insan bədənində olan qlükoza ehtiyatlarından elektrodlar hasil edir. İkinci elektrod isə həmin elektronları bədəndəki oksiqen molekullarına ötürür. Elektrik cərəyanı da bu yolla yaranır.

Alimlərin verdiyi məlumata əsasən, qurğu insan bədəninə implantasiya olunduğu təqdirdə, elektrik cərəyanı daimi xarakter daşıyacaq. Belə ki, bu zaman bioyanacağı əldə etmək üçün insanın normal (gündəlik) qidalanması kifayət edəcək.

Siçovullar üzərində aparılmış əməliyyatların çox müsbət nəticələr verdiyini deyən alimlər yeni bioyanacaq batareyası ilə tibb sahəsində inqilabi dəyişikliklərin baş verəcəyini və on minlərlə insan həyatının xilas olunacağını bildirib. Bu batareyaların tətbiqi, süni orqan implantasiyasını, o cümlədən elektrik cərəyanı ilə çalışan süni qaraciyər, ürək, xarici orqanlar, o cümlədən süni göz, süni əl və ayaq və digər orqanların zədələnmiş və ya xəstə orqanları əvəzlənməsinə yol açacağı gözlənilir.






20 Oktyabr, 2011  03:31 Baxılıb: 996 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner