Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsveçrə prezidenti Azərbaycan xalqını təbrik edib

Mişelin Kalmi-Rey Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə prezident İlham Əliyevə təbrik məktubu göndərib

İsveçrə Konfederasiyasının prezidenti Mişelin Kalmi-Rey Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi təbrik edib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

“Zati-aliləri, Azərbaycan Respublikasının Müstəqilliyinin 20-ci ildönümü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına İsveçrə Federal Şurasının ən səmimi təbriklərini çatdırmaqdan məmnunluq duyuram. Ölkənizə rifah, əmin-amanlıq və müvəffəqiyyətlər arzu edirəm.

İcazə verin son illər ərzində dost əlaqələrimizin möhkəmlənməsini yüksək qiymətləndirdiyimi bir daha qeyd edim. 2011-ci ilin mart ayında Bakıya səfərim barədə xoş xatirələri saxlayıram. Ölkələrimizin nümayəndələri arasında keçirilən yüksək səviyyəli görüşlərin artması əlaqələrimizin olduqca müsbət inkişafını ifadə edir. Ümid edirəm ki, Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında olan dostluq və əməkdaşlıq əlaqələri gələcəkdə də güclənəcək”.






20 Oktyabr, 2011  00:49 Baxılıb: 927 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner