Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda yeni avtomobil nömrələri 2012-ci ildən veriləcək

Yeni nömrə nişanlarına görə əlavə rüsum tələb olunmayacaq

Yaxın gələcəkdə Azərbaycanda nəqliyyat vasitələrinə yeni və daha keyfiyyəti dövlət qeydiyyat nişanları veriləcək. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Kamran Əliyevin Lent.az-a verdiyi məlumata görə, Azərbaycanda “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyatı nişanları” standartı qəbul olunub.

Yeni standartlara görə, ilkin olaraq yeni qeydiyyat nişanı alan nəqliyyat vasitələrinə, həmçinin qeydiyyat nişanı korlandığına görə yenisi üçün müraciət edənlərə daha müasir nişanlar veriləcək. Bu nişanların üzərində elektron daşıyıcı da yerləşdiriləcək ki, buraya nömrənin saxta olub-olmaması, məxsusluğu, avtomobil sahibi və avtomobil haqqında məlumatlar toplanacaq. Həmçinin Azərbaycana yeni gətirilən intellektual radar qurğuları elektron daşıyıcı vasitəsilə məlumat mərkəzinə daha operativ informasiya ötürə biləcək.

K.Əliyev onu da bildirdi ki, yeni dövlət qeydiyyat nişanları 2012-ci ildən etibarən paylanılacaq. Bundan sonra isə hissə-hissə digər köhnə nömrə sahiblərinə də yeniləri təqdim olunacaq. Nəqliyyat vasitəsinin sahibi isə bu zaman əlavə xərcə düşməyəcək. Yəni avtomobil sahibləri əvvəlki kimi dövlət qeydiyyat nişanı üçün 18 manat ödəyərək, yenisini ala biləcəklər.

İdarə rəsmisi həmçinin bildirdi ki, artıq nömrə nişanlarında bir sıra keyfiyyət dəyişikliyi ilə yanaşı, görüntü dəyişikliyi də edilib. Nömrənin üzərində solda yerləşən Azərbaycanın dövlət bayrağı daha dalğalı deyil, düzbucaq formasında vurulur. Həmçinin, nömrələrin üzərində olan yazıların qopmaması üçün yeniliklər edilib.

Qeyd edək ki, bu ilin avqust ayında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəqliyyat vasitələri ilə bağlı təsnifatları təsdiq edib. Belə ki, Azərbaycanın Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən işlənib təqdim edilmiş “AZS 599-2011” -“Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyatı nişanları” standartı avtomobil, motosiklet, motoroller, motoaraba, traktor və avtomobil traktor qoşqularının, eləcə də onlara bərabər tutulan nəqliyyat vasitələrinin tanınması üçün istifadə olunan dövlət qeydiyyat nişanlarına şamil olunur. Standart Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin qoşunlarının nəqliyyat vasitələrinə aid deyil.






20 Oktyabr, 2011  00:34 Baxılıb: 1305 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner