Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Lənkəran sakininin evinə ildırım düşüb - FOTO

Azərbaycanın Lənkəran rayonunda qeyri-adi təbiət hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Lənkəran rayonunun Sütəmurdov kəndində Qocayevlər ailəsinə məxsus evdə qeydə alınıb. Ev sahibi Vüsal Qocayevin sözlərinə görə, iki gün əvvəl ildırım çaxanda, buna adi təbiət hadisəsi kimi baxıb. Səhər yuxudan oyananda isə ailə üzvləri evdə başqa bir mənzərənin - mətbəxdə stolun aşdığının, döşəmədəki xalçanın parça-parça olmasının, qab-qacağın sınmasının, xalça qırıntılarının isə tavana yapışmasının şahidi olublar. Təşvişə düşən ev sahibi dərhal şəhər İcra Hakimiyyətinə məlumat verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları gəlib. Əraziyə baxış keçirən mərkəzin rəisi İlham Hüseynov birinci dəfə bu cür hadisənin şahidi olduğunu bildirib. 

Ev sahibinin sözlərinə görə, gecə ildırım çaxarkən mətbəxin pəncərəsi açıq qalıb. Maraqlıdır ki, evə düşən ildırım pəncərədə asılan pərdədə nə bir dəlik, nə də bir yanğın izi qoymayıb. Amma mətbəxin döşəməsində təqribən 15X10 sm, dərinliyi 5-6 sm ölçüdə dəlik əmələ gəlib. Nəticədə mətbəxdə olan əşyaların bir hissəsi yerə səpələnərək yararsız hala düşüb.






19 Oktyabr, 2011  22:55 Baxılıb: 1074 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner