Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gəncədə mətbuata aid konfrans

"Dövlət müstəqilliyimiz və media"

Bu gün Gəncədə “Dövlət müstəqilliyimiz və media” mövzusunda Ümumrespublika Konfransı keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, Azərbaycan Demokratik Cümhuriyyətini elan edən Milli Şuranın fəaliyyət göstərdiyi binada keçirilən tədbirdə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, qəzet və informasiya agentliklərinin rəhbərləri iştirak ediblər.


Tədbirdə ilk olaraq E. Vəliyev çıxış edərək Azərbaycanın müstəqilliyik tarixindən söz açıb.

Daha sonra çıxış edən Ə. Amaşov dövlət müstəqilliyi və onun əldə olunmasında medianın rolu, ölkənin və mətbuatın 20 il ərzində keçdiyi inkişaf yolundan danışıb.


Konfransda çıxış edən PA ictimai-siyasi şöbəsinin sədri Ə. Həsənov Azərbaycanın dövlət müstəqilliyinin keçdiyi 20 illik yolun Azərbaycan dövlətinin qurulması, formalaşması və inkişaf dövrü kimi xarakterizə olunduğunu bildirib: “Bu sırada Azərbaycan mətbuatının inkişafı, müstəqil mətbuatın yaranması, formalaşması və inkişafı da ölkənin digər sahələrinin inkişafı ilə paralel həyata keçirilib. Məmnuniyyətlə söyləmək olar ki, Azərbaycanın müstəqil mətbuatı formalaşıb və bir ictimai institut kimi mövcuddur. Bu institutun özünü tənzimləmə mexanizmləri yaranıb. Sevindirici haldır ki, dövlət bütün tənzimləmə mexanizmlərini mətbuat üzərindən götürüb, mətbuata müdaxilə mexanizmlərindən imtina edib. Bu, keçmiş SSRİ respublikaları arasında Azərbaycan mətbuatının qabaqcıl yerlərdən birini tutduğunu deməyə əsas verir”.

Konfransda qəzet və informasiya agentliklərinin rəhbərləri çıxış edərək müstəqilliyin əldə olunmasında və möhkəmlənməsində mətbuatın rolu ilə bağlı fikirlərini bölüşüblər.

“Azəri-Press” Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı çıxışında Azərbaycanın bugünkü müstəqil mətbuatını Cümhuriyyət dövrünün mətbuat ənənələrinin davamçısı adlandırıb: “Azərbaycan Xalq Cümhuriyyəti zamanında çıxan “Azərbaycan”, “Kaspi” və digər bəzi qəzetlər indi də çap olunur”.

V. Mahirqızı yeni “on-line” medianın nümayəndəsi olaraq Azərbaycanda gələcəyin mətbuatı haqda danışıb, bəzi təkliflər səsləndirib: “Azərbaycanın əksər rayonlarının icra hakimiyyətlərinin saytları fəaliyyət göstərmir. O saytların düzəlməsinə və operativ işləməsinə ehtiyac var. Həmin saytlar normal, operativ fəaliyyət göstərsə, mətbuat da icra başçılarını axtarmaz, xəbərlər həmin saytlardan götürülər və yayımlanar”.

Tədbirin sonunda “Bakcell” şirkəti tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim edilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da öz növbəsində Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə qəzet və informasiya agentliklərinin rəhbərlərinə diplomlar verib.






19 Oktyabr, 2011  21:31 Baxılıb: 1057 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner