Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BİZ HƏLƏ MİLLƏT DEYİLİK?

Vəfa Quluzadənin məntiqi 

“Azərbaycan hələ bir millət kimi tam formalaşmayıb. Millət olaraq tam formalaşmaq üçün bir neçə mərhələdən keçmək lazımdı. Birinci mərhələ millətin öz müqəddəratını təyin etməsidir. Ikinci və üçüncü mərhələ dil və dinə sahib olmaqdır. Sovet dövrü Azərbaycanın dinini, təhsilini məhv etdi. Indi insanlar yenidən dininə qovuşurlar, amma bu da təhlükəli vəziyyətdə gedir. Azərbaycan xalqının dinə münasibətindən müxtəlif dövlətlər istifadə etmək istəyir. Əsasən də Iran. Iran nüfuzunu yüksəltmək üçün şiələri öz tərəfinə çəkməklə məşğuldur”.

Bunu “Azadlıq” qəzetinə açıqlamasında politoloq Vəfa Quluzadə bildirib.

.Azərbaycanda təəssüf ki, dinin spekulyasiyaya çevrildiyini deyən V.Quluzadə bildirdi ki, o, xalqın dininə sahib durmasına tərəfdardır. Amma bu, sırf din olmalıdır, başqa dövlətə xidmət yox”.


Bundan başqa, Azərbaycan xalqının üzərində rus hökmranlığının da təsirsiz ötüşmədiyini deyən V.Quluzadə vurğuladı ki, bəziləri istəyir ki, əsrlər boyu formalaşan təsiri 20 il ərzində yox edək: “Bu gün Azərbaycan ziyalılarının əksəriyyəti, iqtidarda təmsil olunanlar rus təhsillidir. Indi də uşaqları ingilis təhsilli edirlər. Biz yenidən Azərbaycan türkü, müsəlman olmaq üçün uzun mübarizə aparmalıyıq”.

Ramil






19 Oktyabr, 2011  21:08 Baxılıb: 1104 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner