Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ADU-da “İtalyan dili həftəsi” keçirilir

Həftə tələbələrin italyan dilində hazırladıqları tamaşanın nümayişilə yekun vurulacaq.

Azərbaycan Dillər Universitetində (ADU) İtaliyanın birləşdirilməsinin 150-ci ildönümünə həsr olunmuş “Ad günün mübarək İtaliya” mövzusunda XI dünya italyan dili həftəsinə start verildi. Universitetin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, açılış mərasimində ADU-nun rektoru, millət vəkili, professor, Səməd Seyidov, “Beynəlxalq əlaqələr” üzrə prorektor Jalə Qəribova, “Tərcümə” fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, həmin fakültənin nəzdindəki “İtalyan dili” kafedrasının müdiri Kəmalə Əliyeva, fakültənin italyan dili ixtisasında təhsil alan tələbələr, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi, Milan Dil Məktəbinin professoru Emanuele Rozza və iştirak edib.

İtaliya səfirliyi və ADU-nun “İtalyan dili” kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən səfir Mario Baldi öz ölkəsilə Azərbaycanın münasibətlərindən, o cümlədən təhsil və mədəniyyət sahələrindəki əlaqələrinin əhəmiyyətindən danışıb. Diplomat ADU ilə İtaliyanın ali təhsil ocaqları arasında qarşılıqlı əməkdaşlıq tellərinin yarandığını bildirib. Çıxışında XI dünya italyan dili həftəsi çərçivəsində keçiriləcək tədbirlərə toxunan M.Baldi Milan Dil Məktəbinin professoru, kommunikasiya üzrə ekspert Emanuele Rozzanı mərasim iştirakçılarına təqdim edib. Səfir professorun italyan dilinin sirlərini öyrənən tələbələrə “İtalyan dilinin televiziyada rolu”, “İtaliyada internet və onun rolu”, “İtalyan dilinin sosial şəbəkələrdə yayılması” mövzularında dərs keçəcəyini diqqətə çatdırıb. O, yaradılan şəraitə və təşkilatçılığa görə ADU-nun rektoru S. Seyidova öz təşəkkürünü bildirib.

Səfiri və qonaqları rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu bildirən ADU-nun rektoru İtaliya ilə Azərbaycan arasında mövcud əlaqələrdən bəhs edib. Mədəni əlaqələrdən danışan rektor bu əlaqələrin münasibətlərin dərinləşməsində mühüm rol oynadığını vurğulayıb. Rektor İtaliya mədəniyyətinin bəşəriyyətin inkişafına böyük töhfələr verdiyini də əlavə edib. Azərbaycanda italyan dilinə böyük maraq olduğunu deyən S. Seyidov ADU-da İtalyan dili mərkəzinin mövcudluğunun tələbələrə İtaliyanı daha yaxından tanımağa, italyan dilini daha yaxşı mənimsəməyə yardım etdiyini diqqətə çatdırıb.

Sonra italyan professor Emanuele Rozza ADU-nun “Tərcümə” fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələrə seminar keçib.

Xatırladaq ki, Emanuele Rozzanın seminarları oktyabrın 21-ə kimi davam edəcək.

Qeyd edək ki, bununla yanaşı, oktyabrın 19-da İsveçrənin və İtaliyanın Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə “Marçello, Marçello” filmi nümayiş olunacaq. ADU-nun italyan dili ixtisasında təhsil alan tələbələrlə İtaliya səfirliyinin əməkdaşları arasında keçiriləcək futbol üzrə yoldaşlıq oyunu isə oktyabrın 20-də baş tutacaq.

“İtalyan dili həftəsi”nə oktyabrın 21-də ADU tələbələrinin italyan dilində hazırladıqları tamaşanın nümayişilə yekun vurulacaq.






19 Oktyabr, 2011  18:50 Baxılıb: 1002 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner