Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Zəvvarlarımızın Həccə yola salınacaqları yer dəyişdirilib

Səbəb “Azadlıq” meydanında aparılan inşaat işləridir

Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların Bakıdan yola salınacağı yeri dəyişdirilib. Bu barədə APA-ya Azərbaycan Həcc missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, bu il ziyarətə avtobusla gedəcək zəvvarlar Bakının Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığındakı meydandan yola düşəcəklər.

Zəvvarların Bakıdan yola düşmə yerinin dəyişdirilməsinə isə ənənəvi məkanda – “Azadlıq” meydanında görülən işlər səbəb olub. Belə ki, hazırda “Azadlıq” meydanında yeraltı avtomobil dayanacağı inşa olunur.

Qeyd edək ki, azərbaycanlı zəvvarların bir qismi müqəddəs ziyarətə avtobuslarla, bir qismi isə təyyarələrlə yola düşəcək. Ümumilikdə 44 avtobus iki karvan şəklində gedəcək. Oktyabrın 23-ü yola düşəcək ilk karvanda 18 avtobus, oktyabrın 24-ü yola düşəcək ikinci karvanda isə 26 avtobus olacaq.

Təyyarələr isə daha gec – 28-31 oktyabr tarixlərində zəvvarları Həcc ziyarətinə aparacaq. Ümumilikdə 5 təyyarə olmaqla oktyabrın 28, 30 və 31 oktyabr tarixlərində 1, 29 oktyabrda isə 2 təyyarə havaya qalxacaq.

QMİ Azərbaycan Həcc missiyasının təşkilatçısı olaraq, Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.

2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, 2 000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək.

Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Builki yeniliklərdən biri də QMİ-nin Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik etməsidir. Belə ki, zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Həccə Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər. Zəvvarlar Həcc ziyarətinə gedərkən və qayıdarkən İraqdakı müqəddəs yerləri, o cümlədən Kərbəlanı da ziyarət edə biləcəklər.






19 Oktyabr, 2011  18:12 Baxılıb: 886 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner