Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bir ildə neçə adam ölkədən imtina edib?

Statistika açıqlandı

APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənəddə bildirilir ki, cari ilin ilk yarısında inkişaf etmiş ölkələrdə sığınacaq axtaran şəxslərin sayı 17% (198 000 nəfər) artıb. Bu rəqəmin ilin ikinci yarısında daha iki dəfə artacağını ehtimal edən BMT ekspertləri inkişaf etmiş ölkələrdə sığınacaq axtaran şəxslərin, əsasən Əfqanıstan, Çin, Serbiya (Kosovo), İraq və İrandan olduqlarını xəbər verir.

Bu ölkələrdən olan şəxslər daha çox ABŞ, Fransa, Almaniya, İsveç və digər ölkələrdə sığınacaq almağa çalışırlar.


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında Azərbaycandan Qərb dövlətlərində sığınacaq almaq arzusunda olan şəxslərə dair statistika da əks olunub. Bildirildiyinə görə, cari ilin ilk rübündə Azərbaycandan 575, ilin ikinci rübündə isə 450 şəxs sığınacaq hüququ almaq üçün rəsmi müraciət edib. Müraciətlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının regional ofislərinə və inkişaf etmiş ayrı-ayrı ölkələrin aidiyyəti qurumlarına edilib. Hesabata görə, bu şəxslərin təqribən yarısı Skandinaviya və Avropa İttifaqı ölkələrində sığınacaq istəyib.

Qeyd edək ki, Ermənistana dair göstəricilər ilin birinci və ikinci rüblərində müvafiq olaraq 1276 və 1596 şəxs təşkil edib.






19 Oktyabr, 2011  17:51 Baxılıb: 1014 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner