Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“QARABAĞ” TRİOSU DANİMARKAYA GEDİR

Mənsum İbrahimov: "Womex The World Music Exno" musiqi festivalına qatılacaq”

Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ" triosu 26-30 oktyabr tarixlərində Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Womex The World Music Exno" musiqi festivalına qatılacaq.

Xalq artistinin Simsar.az-a verdiyi məlumata görə, mahnı festivalı dünya etnik musiqilərinin sərgisi xarakteri daşıyır. Hər il keçirilən sərgi-festivala dünyanın bütün ölkələrindən musiqiçilər, prodüsserlər təşrif buyurur.

Festivalda çıxış edəcək iştirakçılar barədə kataloqlar hazırlanıb. Festivalın rəsmi internet saytı olan womex.com-da musiqiçilər haqqında məlumatlar, lent yazıları yerləşdirilib.

"Qarabağ" triosu 29 oktyabrda səhnəyə çıxacaq və onlara 45 dəqiqə vaxt ayrılıb.

Festivalda M.İbrahimovu əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) müşaiyət edəcək. Qrupa daha iki nəfər də əlavə olunub. Əməkdar artist Nizami Allahverdiyev (balaban) və Kamran Kərimov (nağara) da Kopenhagendə öz məharətlərini göstərəcək.

Mənsum İbrahimovun "Womex The World Music Exno" festivalındakı konsert proqramının prodüseri tanınmış teleaparıcı Emin Musəvidir. O, Azərbaycan musiqiçilərinin çıxışından əvvəl Azərbaycan haqqında və "Qarabağ" triosu haqqında 5 dəqiqəlik ingilis dilində çıxış edəcək.


Müğənninin sözlərinə görə, Danimarka səfərlərindən internet vasitəsilə bütün dünya azərbaycanlıları xəbər tutub: “Festivaldan sonra Azərbaycan diasporası qarşısında çıxış edəcəyik. Hətta Almaniyadan çoxlu məktublar alırıq. Bizi Almaniyaya dəvət edirlər və həmyerlilərimiz qarşısında çıxış etməyimizi istəyirlər. Bu qədər yolu gediriksə, niyə də olmasın? 30 oktyabrda Kopenhagendə solo konsertimiz olacaq. Konsert sırf Avropa ölkələrində yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub. Biz həm əzizlərimizlə görüşəcəyik, həm də konsert verəcəyik”.

RAMİL






19 Oktyabr, 2011  16:42 Baxılıb: 1243 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner