Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Beynəlxalq inşaat sərgisi keçirilir

26 ölkədən 317şirkət iştirak edəcək

«APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 22-dək davam edəcək sərgidə 26 ölkədən 317 şirkət iştirak edəcək. Builki sərgidə şirkətlərin sayı və sərginin ekspozisiya sahəsi ötən ilə nisbətən 20% artıb. Azərbaycandan olan istehsalçı və distribütorlar isə sərgi iştirakçılarının ümumi sayının 35%-ni təşkil edir. Bununla yanaşı, sərgiyə Türkiyə, Çin, Koreya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qərbi və Şərqi Avropa ölkələrindən olan şirkətləri də qatılıb. Bu ölkələr sərgi iştirakçılarının 50%-ni, yaxın xaric və MDB məkanından olan iştirakçılar isə təxminən 15%-ni təşkil edir.

Bu il sərgiyə qatılan şirkətlərin 24%-i sözügedən tədbirə ilk dəfədir qatılır. Sərgidə fərdi stendlərlə yanaşı, 6 kollektiv ekspozisiya da təqdim olunur. Onların sırasında milli stendlər və birləşdirilmiş milli qruplar mövcuddur.

Tədbir çərçivəsində IX Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn («Caspian MebelExpo-2011») , III Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma Sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları və Üzgüçülük Hovuzu («Aqua-Therm Baku-2011») və IV Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri (CIPS-2011) sərgiləri də təşkil olunacaq, bir sıra seminar, təqdimat və ustad dərsləri keçiriləcək.

Qeyd edək ki, sərgi Azərbaycan Fövqəladə Hallar, İqtisadi İnkişaf nazirlikləri, Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə keçirilir.






19 Oktyabr, 2011  15:59 Baxılıb: 1156 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner