Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda yeni "SOCAR" yanacaqdoldurma məntəqələri açılıb

Onlardan biri Xətai, digəri isə Nizami rayonunda fəaliyyətə başlayıb

Bu gün Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Bakı şəhərində “SOCAR” brendi altında fəaliyyət göstərəcək iki yanacaqdoldurma məntəqəsinin (YDM) açılışında iştirak edib. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əvvəlcə, ARDNŞ rəsmiləri Bakının Xətai rayonunda Babək prospekti, 2315-ci məhəllədə yeni inşa edilmiş 13 saylı yanacaqdoldurma məntəqəsinə baş çəkib. Rəmzi qırmızı lenti kəsdikdən sonra R. Abdullayev məntəqədə yaradılmış şəraitlə tanış olub.

Belə ki, yanacaqdoldurma məntəqəsində 40 nəfər işçi çalışacaq. Burada market, kafe, valyutadəyişmə şöbəsi fəaliyyət göstərəcək. Məntəqədə POS terminal quraşdırılıb. Burada müəssisə və şirkətlərə məxsus nəqliyyat vasitələri üçün nağdsız hesablaşmaların aparılması məqsədilə “Smart kart” sistemi də fəaliyyət göstərir.

Daha sonra, Nizami rayonu, O.Vəliyev küçəsi ilə Babək prospektinin kəsişməsində yerləşən 14 saylı analoji yanacaqdoldurma məntəqəsinin açılışı olub. ARDNŞ prezidentinə ölkədə “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma stansiyaları şəbəkəsinin hazırkı durumu haqqında məruzə olunub. Qeyd edilib ki, ARDNŞ respublikanın pərakəndə neft məhsulları bazarına ötən ilin 3-cü rübündə daxil olsa da, qısa müddət ərzində bu bazarda mövqeyini möhkəmləndirib.

ARDNŞ prezidenti R.Abdullayev görülən işləri müsbət qiymətləndirib, qısa müddətdə ölkənin pərakəndə neft məhsulları bazarında həyata keçirilmiş tədbirlərdən razı qaldığını bildirib.






19 Oktyabr, 2011  02:56 Baxılıb: 1417 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner