Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ermənilər Azərbaycan kitabxanaçılığına 20 milyon ziyan vurub

"Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar"

Simsar.az-ın məlumatına görə, Bakıda start götürən “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda Beynəlxalq konfrans çərçivəsində sözügedən bukletin təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilən bukletin tərtibçisi Samir Abbasov, elmi məsləhətçiləri Lətifə Məmmədova, Əli Eyvazov, Mayıl Əhmədov, Aybəniz Əliyevadır. Nəşrdə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycana qarşı aparılan işğalçı müharibə nəticəsində zəbt olunmuş Azərbaycan torpaqlarında dağıdılmış və talan edilmiş kitabxanalar haqqında məlumatlar verilir. 
Nəşrdə qeyd edilib ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazisində 547 memarlıq abidəsi, o cümlədən 5 dünya, 393 ölkə və 149 yerli əhəmiyyətli memarlıq abidəsi, 205 arxeoloji abidə, 927 kitabxana, 808 klub müəssisəsi, 85 musiqi məktəbi, 12 monument, 22 muzey, 4 rəsm qalereyası, 10 mədəniyyət və istirahət parkı, 4 dövlət teatrı, 2 konsert müəssisəsi dağıdılıb, yandırılıb və qarət edilib. Eyni zamanda Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 mərkəzləşdirilmiş kitabxana sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitab talan və məhv edilib. Bundan başqa 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri işğal zonasında qalıb. Təqribi hesablamalara görə Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları həcmində maddi ziyan dəyib.
Qeyd edək ki, “Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar” adlı buklet “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının xüsusi bəndini təmin etmək məqsədi ilə nəşr edilib.






18 Oktyabr, 2011  17:16 Baxılıb: 1052 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner