Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Evinə basqın edilən vəzifəli şəxsin kimliyi bilindi

O, Bakı Metropoliteninin rəis müavini Arif Rəsulovdur

Dünən paytaxtın Xətai rayonu ərazisində mənzilə basqın olması ilə bağlı xəbər vermişdik. Xəbərdə qeyd olunurdu ki, oktyabrın 14-ü saat 10:30 radələrində naməlum şəxslər Babək prospektində yaşayan Gülnarə İsgəndərovanın mənzilinə soxulublar.Simsar.az-ın məlumatına görə, onlar ev sahibinin ağzını və əllərini yapışqan lentlə bağlayaraq döyüb, bıçaqla hədələyərək evdən 50 min manat götürüblər. Xətai rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində evə basqın etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Yeganə Rəhimova, Fariz Məmmədov və Fərid Məmmədov oktyabrın 15-də tutulublar. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, dəstə cinayət əməlini xüsusi hazırlanmış klassik fəndlə həyata keçirib. Cinayətin həyata keçirilməsində ilk iş dəstənin qadın üzvü olan Yeganə Rəhimovanın imiş. O, mənzilin qapısını döyərək özünü Mənzil İstismar Sahəsinin əməkdaşı kimi təqdim edərək siyahıyaalma aparıldığını deyib, bu yolla ev sahibinin qapını açılmasına nail olub. Sonra ev sahibini danışığa tutaraq başını qatıb və dəstənin digər üzvləri mənzilə soxulublar.

Hazrıda quldurluqda şübhəli bilinən şəxslərdən cəmi 3 nəfəri həbs edilib. Zərərçəkmişin ifadəsinə görə, onların sayı 5 nəfər olub. Hazırda digər iştirakçıların tutulması istiqamətində iş aparılır.

 Simsar.az-ın əldə məlumatlara görə, evdən qeyd edildiyi kimi 50 deyil, 150 min manat aparılıb. Məhz dünən qeyd etmişdik ki, baş verən cinayət hadisəsininin daha önəmli məqamı isə oğurluq olan evin ölkənin vəzifəli şəxslərindən birinə məxsus olmasıdır. Məlumata görə, həmin şəxs Bakı Metropoliteninin rəis müavini, Tikinti İdarəsinin müdiri Arif Rəsulovdur. Məlumatlara görə, oğurluq hadisəsi məhz həmin şəxsin evində baş verib.






18 Oktyabr, 2011  16:07 Baxılıb: 2606 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner