Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ETSN-də dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunub

Tarixi günlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində tədbir keçirilib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dövlət müstəqilliyinin əldə edilməsinin Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirib. O, müstəqilliyin hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıdığını və tarixi ictimai-siyasi hadisə olduğunu qeyd edib.

Nazir müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən danışaraq bildirib ki, Azərbaycanda siyasi sabitlik və sürətli inkişafın təməli məhz ulu öndər tərəfindən qoyulub. H.Bağırov həmçinin müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yarandığını, təbii ehtiyatların, o cümlədən, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edən millət vəkili Fəttah Heydərov və Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlının da çıxışları dinlənilib.

Tədbirin sonunda prezident İlham Əliyevin sərəncamı ilə peşə bayramı ərəfəsində “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi” medalları və “Əməkdar mühəndis” adına layiq görülmüş bir qrup Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşına mükafatlar təqdim olunub.






17 Oktyabr, 2011  23:27 Baxılıb: 1043 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner