Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hicab qadağasına etiraz edən azadlığa buraxldı

3 nəfər aksiyaçıya cəza verildi

APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Mayıs Abdullayev, Rəşad Vəliquliyev, Tərlan İsmayılov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Şirxan Orucov barəsində isə 2 il sınaq müddəti ilə 3 il 6 ay şərti cəza təyin olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, həmin aksiya ilə bağlı saxlanılan digər 5 nəfərə artıq hökm oxunub. Onlardan ikisi – Rövşən Məmmədov və Əlvan Hüseynovun barəsində 3 il müddətinə şərti cəza təyin olunub, Araz İsmayılov 2 il 6 ay, Rüfət Nuriyev və Nurani Məmmədov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bu il mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edən 65 nəfər saxlanılıb. Onlardan 5-i Cinayət Məcəlləsinin 221.2-ci və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Saxlanılan şəxslərdən 38 nəfəri xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, 22 nəfər barəsində isə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb.






17 Oktyabr, 2011  19:32 Baxılıb: 1075 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner