Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yaşar Nurinin yubileyi oldu

Böyük aktyora "Şöhrət" ordeni təqdim edildi 

Simsar.az-ın məlumatına görə, teatrın foyesində aktyorun həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub. Mərasimdə Yaşar Nurinin özü də iştirak edib. Aktyor onun üçün hazırlanmış yubiley tədbirini səhnədən izləyib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubilyarın Azərbaycan teatr və kinosunun inkişafında gördüyü işlərdən danışıb. Yaşar Nurinin həm kino sahəsində, həm də teatr səhnəsində yaratdığı bir-birindən bənzərsiz obrazlardan söz açan nazir vurğulayıb ki, o, daim istedadı, zəhməti ilə böyük tamaşaçı alqışı qazanıb. Nazir bu xoşbəxtliyin hər sənətkara nəsib olmadığını da qeyd edib. Daha sonra nazir prezident İlham Əliyev imzaladığı sərəncama əsasən “Şöhrət” ordenini Yaşar Nuriyə təqdim edib. 


Tədbirdə Yaşar Nurinin həyat və yaradıcılığından bəhs edən film göstərilib. Mərasimdə çıxış edənlər yubilyarın bənzərsiz bir sənətkar olmasından, onun hələ gənclik illərindən başlayaraq qazandığı uğurlardan söz açıblar.

Mərasimdə Yaşar Nurinin oynadığı tamaşalardan da fraqmentlər göstərilib.






17 Oktyabr, 2011  18:16 Baxılıb: 1055 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner