Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

URMİYADA 5 AZƏRBAYCANLI EDAM OLUNDU

Daha 3 nəfər edam ediləcək

İranın Urmiya şəhərinin həbsxanasında beş azərbaycanlı edam olunub və daha üç nəfəri edam cəzası gözləyir. APA-nın İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsinə istinadən verdiyi xəbərə görə, məlumatda deyilir ki, edam bazar ertəsi həyata keçirilib. Edamı gözlənilən üç nəfər isə edam hökmünün icrası üçün həbsxananın təkadamlıq kameralarında saxlanılır.

 Edam cəzasına məhkum olunmuş və cəzasını gözləyən Allahverdi Əhmədpurazərin qardaşı Qurban Əhmədpurazər qardaşının 2,5 il həbsdə saxlanıldığını və onu edam cəzasının gözlənildiyini təsdiqləyib.

 “Edam olunan azərbaycanlılarla bağlı doğru-düzgün məhkəmə keçirilməyib və onlara edam cəzası kəsilib. İranda sünni azərbaycanlı azlıqlara qarşı məhkəmə hökmləri digər dini mənsublara nisbətdə daha ağırdır. Edam olunanlardan, işgəncəyə məruz qoyularaq ifadə alınır. Edam edilənlərin çoxuna narkotik ittihamları ilə hökm oxunur - deyə, Komitədən bildirilib.

 Komitə rəsmisi Yaşar Hakkakpur narkotik ittihamlarını istisna etmədiyini və İranda hüququn qorunması səylərinə hörmətlə yanaşdıqlarını desə də, ədalətsizliklə edam cəzasına məhkum edilməsini pislədiklərini söyləyib.






15 Oktyabr, 2011  22:48 Baxılıb: 1430 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner