Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Eurovision-2012”nin təhlükəsizliyi məsələsi Kiyevdə müzakirə edilib

GUAM-ın Katibliyində Azərbaycanın sədrliyi ilə terrorizmə qarşı mübarizə üzrə köməkçi işçi qrupun 7-ci iclası olub

Oktyabrın 13-14-də təşkilatın Ukraynanın paytaxtındakı iqamətgahında Azərbaycan tərəfinin sədrliyi ilə terrorizmə qarşı mübarizə üzrə köməkçi işçi qrupun 7-ci iclası olub. AzərTAc-ın məlumatına görə, nümayəndə heyətləri milli qanunvericiliyin inkişafı, regional əməkdaşlıqda iştirak edilməsi barədə informasiya mübadiləsi aparıblar. İclasda GUAM çərçivəsində informasiyanın kriptoqrafik mühafizəsinə dair layihənin həyata keçirilməsinin gedişi, avadanlığın göndərilməsinə və installyasiyasına hazırlıq prosesi müzakirə edilib.

Tərəflər Azərbaycan Respublikasında “Eurovision-2012” müsabiqəsinin və 2012-ci ildə Ukraynada futbol üzrə Avropa çempionatının final hissəsinin keçirilməsində təhlükəsizliyin təmin edilməsi üzrə hazırlıq tədbirlərində GUAM iştirakçısı olan dövlətlərin hüquq-mühafizə və antiterror orqanları nümayəndələrinin iştirakı barədə informasiya ilə tanış olub.

Nümayəndə heyətləri kiberterrorizmə və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, o cümlədən GUAM-ın Virtual mərkəzinin mexanizmlərindən istifadə etməklə daim fəaliyyət göstərən əlaqə məntəqələrinin yaradılması sahəsində beynəlxalq layihələrdə GUAM-ın iştirakı imkanlarının öyrənilməsinə tərəfdar olduqlarını bildiriblər.

İclasın iştirakçıları, həmçinin GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurası tərəfindən təsdiq olunmuş əməkdaşlıq planlarının həyata keçirilməsi baxımından digər beynəlxalq təşkilatlar çərçivəsində terrorçuluğun qarşısının alınması və ona qarşı mübarizə məsələləri sahəsində birgə fəaliyyətin daha da inkişaf etdirilməsinə tərəfdar çıxıblar. Sonda protokol imzalanıb.

Növbəti profil iclasın 2012-ci ilin aprelində Bakıda keçirilməsi planlaşdırılır.






15 Oktyabr, 2011  14:09 Baxılıb: 1147 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner