Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AİF-in istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək

Gələn həftə hərraca 3 milyon manat həcmində istiqraz çıxarılacaq

Gələn həftə - 18 oktyabr tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 3 milyon manat həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 100,1167 qiyməti ilə satışa çıxarılacaq.

Fondun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, istiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər. İstiqrazların ödənmə tarixi – 28 avqust 2018-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 23 sentyabr 2011-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 20 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Xatırladaq ki, bu istiqrazların yerləşdirilməsinə 23 sentyabr 2011-ci il tarixində başlanılıb və hərraca bu günədək 3 milyon manat həcmində istiqraz yerləşdirilib.






15 Oktyabr, 2011  03:25 Baxılıb: 1044 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner