Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İsraildə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunub

İsrailin şimal paytaxtı - Xayfada möhtəşəm tədbir təşkil olunub

İsrailin şimal paytaxtı - Xayfada Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə möhtəşəm tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, tədbir komitənin dəstəyi ilə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub.

Əslən Azərbaycandan olan və hazırda İsraildə yaşayan 600-dək insanın iştirak etdiyi tədbirin keçirildiyi “Auditorium” Konqresinin foyesində Frida Yusupova tərəfindən azərbaycanlıların və dağ yəhudilərinin məişəti və xalq sənətinə həsr olunmuş geniş etnoqrafik sərgi təşkil olunub. Yerə sərilmiş xalçalar, unikal ənənəvi geyim, ayaqqabı, qab-qacaq nümunələri tamaşaçılarda səxavətli Azərbaycan torpağı haqqında xatirələrin canlanmasına səbəb olurdu. Azərbaycan mənşəli rəssamların divarlardan asılmış Abşeron, Quba, Qusar və respublikanın digər rayonlarından mənzərə rəsmləri qonaqların keçirdikləri nostalji hisslərini bir qədər də artırırdı.

Tədbirdə çıxış edən Knessetin deputatı, İsrail-Azərbaycan Parlamentlərarası qrupun sədri Robert İlatov bütün Azərbaycan xalqını müstəqillik bayramı münasibətilə təbrik edib. “Azərbaycan xalqı müstəqillik illərinə qazandığı nailiyyətləri ilə fəxr edə bilər. Bu gün Azərbaycan Cənubi Qafqazın geosiyasi və geoiqtisadi lideridir”, - deyə R.İlatov qeyd edib.

İsrailli deputat Azərbaycanda həmişə olmuş və indi də mövcud olan əsl milli və dini tolerantlıqla qürur duyduğunu bəyan edib. “Azərbaycan və İsrail – bir-birini anlayan və qiymətini bilən strateji tərəfdaşlardır, iki ölkə arasındakı ticarət dövriyyəsi isə bizim tərəfdaşlığımız və əməkdaşlığımızın güzgüsüdür”.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətini üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Azərbaycan Respublikasının müstəqilliyinin əldə olunmasının tarixi barədə məlumat verib. O, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində diasporun xüsusi rol oynadığını qeyd edib: “Azİz”in fəaliyyət göstərdiyi 4 il ərzində biz Azərbaycanın İsrail dövlətində təbliğ olunmasında mühüm rol oynamışıq. Bu işdə Knessetin 17-cı çağırışının deputatı, bir qədər əvvəl İsrailin Belarusdakı səfiri vəzifəsinə təyin olunmuş İosif Şaqalın xüsusi xidmətləri olub”.

Onun sözlərinə görə, 20 illik müddətin tarixi nöqteyi-nəzərdən elə də böyük dövr olmasa da bu qısa müddət ərzində Azərbaycan mühüm nailiyyətlər əldə etmiş və sürətlə inkişaf edən ölkəyə çevrilərək Cənubi Qafqazın əsl lideri olub.

Tədbirdə müğənni, Azərbaycanın xalq artisti Flora Kərimovanın ifasını iştirakçılar xüsusi rəğbətlə qarşılayıb.






15 Oktyabr, 2011  02:43 Baxılıb: 1098 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner