Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

DSMF-in Sabunçu rayon şöbəsinin yeni binası açılıb

Səlim Müslümov: “Pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılıb”

Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sabunçu rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə sığorta-pensiya sistemində aparılan uğurlu islahatlar nəticəsində 2011-cu ildə əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılaraq bu istiqamətdə mühüm addımlar atılıb.

Bu ilin 1 iyulundan əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılıb. Bununla da bütün pensiyaçılar yoxsulluq səviyyəsindən yuxarı olan pensiya almağa başlayıblar. DSMF-nin rayon şöbələrində yaradılmış yeni infrastruktur barədə məlumat verən S.Müslümov nəzərə çatdırıb ki, bütün respublika ərazisində sistemin avtomatlaşdırılması və məlumatların xüsusi mühafizə olunan “mərkəzi server”də cəmləşdirilməsi son nəticədə insan amilinin rolunu aradan qaldırır, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmə səmrəliliyinin artırılmasına nail olunur.

Son illər Fondun 70-dən yuxarı rayon şöbələrində beynəlxalq standartlara cavab verən iş yerləri yaradılıb, müasir informasiya kommunikasiya texnologiyaları tətbiq edilib. Hazırkı mərhələdə Azərbaycan prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” nın icrası uğurla davam etdirilir. Proqramla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində informasiya kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə idarəetmədə səmərəliliyin artırılması xüsusi diqqət mərkəzində saxlanılmaqdadır.

Sabunçu rayon İcra hakimiyyətinin başçısı Əlibaba Əliyev isə ölkəmizdə əhalinin sosial müdafiəsini gücləndirmək sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Ə.Əliyev yeni inzibati binanın istifadəyə verilməsini ölkəmizdə gedən iqtisadi inkişafın göstəricisinin nümunəsi kimi qiymətləndirib.

Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılan şəraitlə tanış olublar. S.Müslümov Fondun rayon şöbəsinin işçilərinə sığortaolunanların sayını daha da artırmaq, işləyənlərin sosial sığortaya cəlb edilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsi üçün müvafiq tapşırıqlar verib.






14 Oktyabr, 2011  23:48 Baxılıb: 1194 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner