Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Oqtay Haqverdiyev: "Azərbaycanın iki problemi olmasaydı...”

İqtisadçı 20 ildə iqtisadiyyatımızın keçdiyi inkişaf yolu barədə ANS PRESS-ə şərh verib

Azərbaycan iqtisadiyyatı 20 illik müstəqilllik dövründə hansı nailiyyətlər əldə edib? Bu sualla 18 oktyabr müstəqillik günü ərəfəsində Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyevə müraciət etdik.

İqtisadçı-ekspert SSRİ dağılandan bu günədək Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin xeyli yaxşılaşdığını, eyni zamanda iqtisadiyyatımızın inkişaf etdiyini bildirdi.

“Azərbaycanda əsasən rəqabət qabiliyyətli resurs neft olduğu üçün 1994-cü ildə neft müqavilələri bağlayaraq xarici investorlar ölkəmizə cəlb edildi. Bunun sayəsində neft sənayesi müasir standartlara cavab verməyə başladı. Bu amil də sonda öz nəticəsini verdi. Artıq Azərbaycan neftdən əldə edilən gəlir sayəsində formalaşdırdığı infrastrukturun inkişafına görə dünyada liderlər dövlətlərdən biridir”, - deyə Oqtay Haqverdiyev bildirib.

İqtisadçı-ekspert 20 ildə Azərbaycan iqtisadiyyatının çoxlu nailiyyətlər əldə etdiyini vurğulayıb: “Nailiyyətlərimiz çoxdur. Ancaq iki problemimiz olmasaydı, bundan da artıq nailiyyətlərə imza ata bilərdik. Bunlardan biri Dağlıq Qarabağ münaqişəsi, digəri isə korrupsiya problemidir. Bu iki məsələnin həlli əlbəttə ki, Azərbaycanın prioritet problemlərindəndir. Sözsüz ki, bu problemlərin aradan qaldırılması üçün işlər görülür. Ancaq hələ ki, nəticəni görə bilmirik”.

Oqtay Haqverdiyev Azərbaycan iqtisadiyyatının daha da inkişaf etməsi üçün neftə nativ ixrac məhsulunun hazırlanmasının vacibliyindən danışıb. “Azərbaycanda qəbul edilmiş 17 dövlət proqramı var ki, onların məzmununda qeyri-neft sektorunun inkişafı dayanır. Regionların sosial inkişafı, yoxsulluğun azalması və. s buna oxşar proqramlar var ki, onların əsasında iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilmiş tədbirlər dayanır. Amma məsələ burasındadır ki, həmin proqramlarda elm və innovativ tutumlu sahələrin inkişaf etdirilməsi ilə bağlı qərarları həmin proqramlarda görmürük. Əgər gələcəkdə neftə nativ ixrac məhsulu hazırlamaq istəyiriksə bu sahələrin inkişafına nail olmalıyıq. Bilirsiniz, pomidor emalı ilə dünya bazarına çıxmaq mümkün deyil”, - deyə iqtisadçı-ekspert bildirib.

Oqrtay Haqverdiyevi Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının da vacibliyini qeyd edir. “İqtisadiyyatımızı inkişaf etdirməyin yollarından biri də digər dövlətlərin iqtisadi təcrübəsindən yararlanmaqdır. Çin birdən-birə bu səviyyəyə gəlib çatmayıb. Bu dövlət uzun müddət ABŞ və Yaponiya iqtisadiyyatını öyrənərək tətbiq edib. Bundan başqa Azərbaycan son vaxtlar digər ölkələrə investiya qoymağa başlayıb. Belə dövlətlərin sırasında Türkiyə, Gürcüstan, Ukrayna və başqa dövlətlər var. Qeyd etməliyəm ki, bu addım da dünya iqtisadiyyatına inteqrasiyanın bir yoludur”, - deyə iqtisadçı-ekspert bildirib.

anspress.com






14 Oktyabr, 2011  22:23 Baxılıb: 2175 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner