Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Göyçayda dəhşətli faciə

iki azyaşlı uşaq evdə yanaraq öldü

Kənd bələdiyyəsinin sədri Samir Əhmədov APA-ya bildirib ki, hadisə bu gün saat 15:30 radələrində kənd sakini Yaqubov Bulud Həsrət oğluna məxsus, 130 kvadratmetrlik ikimərtəbəli fərdi yaşayış evində baş verib. Əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Ev sahibinin oğlu, 1981-ci il təvəllüdlü Yaqubov Raufun iki azyaşlı övladı yanğın baş verən evin içərisində qalıb və onların xilas edilməsi mümkün olmayıb. Yanğın bu dəqiqələrdə söndürülüb.

Yanğınsöndürənlərin və kənd sakinlərinin uşaqların xilas edilməsi üçün ciddi səyi nəticəsiz qalıb və hadisə nəticəsində 2009-cu il təvəllüdlü Yaqubov Aygül Rauf qızı və 2008-ci il təvəllüdlü Yaqubov Buludxan Rauf oğlu yanaraq ölüb. Onların meyitləri çətinliklə də olsa yanğın nəticəsində dağılmış evdən çıxarılaraq valideynlərinə təhvil verilib. Məlumata görə, uşaqların valideynləri yanğın baş verən zaman həyətyanı sahədə işləyirlərmiş. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Yaqubovlar ailəsinin cəmi iki övladı olub.






14 Oktyabr, 2011  20:51 Baxılıb: 1484 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner