Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezidentin qonqaları olub

İlham Əliyev italyanları və türkləri qəbul edib 

Simsar.az-ın məlumatına görə, dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dini-mənəvi dəyərlərlə bağlı ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin, o cümlədən ötən il Dünya Dini Liderlərinin Bakı Sammitinin yüksək səviyyədə keçirildiyini qeyd edən dövlətimizin başçısı əməkdaşlığın genişlənməsində bu cür tədbirlərin önəmini vurğuladı. Prezident İlham Əliyev Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Mehmet Görmezin Azərbaycana səfərinin bu sahədə əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini dedi.

Diyanət İşləri Başqanı Mehmet Görmez Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Sonuncu dəfə beş il əvvəl Bakıya səfər etdiyini deyən qonaq ötən dövr ərzində ölkəmizdə çox yüksək inkişafın şahidi olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Simsar.az-ın məlumatına görə, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bütün sahələrdə yaxşı nəticələrin olduğunu dedi. İtaliyaya səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. İqtisadi sahədə İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu deyən dövlətimizin başçısı İtaliya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini vurğuladı.

Parlamentlərarası əlaqələrin yaxşı tarixə malik olduğunu deyən Prezident İlham Əliyev İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin ölkəmizə səfərinin bu əlaqələrin daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi.

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldi başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin dövlət başçısı ilə görüşdən başlamasından məmnunluğunu bildirdi. Xanım Rossana Boldi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. O, ikitərəfli münasibətlərimizin genişlənməsində parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.






14 Oktyabr, 2011  20:29 Baxılıb: 936 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner