Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Vergilər Nazirliyi həbslə hədələdi

Qanunsuz lotereya və idman mərc oyunları təkrarlanarsa, həmin şəxslər 1 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar

Uzun müddət qeyri-leqal fəaliyyət sahəsinə çevrilmiş totalizator oyunlarına nəzarət etmək üçün son vaxtlar bu oyunlar rəsmiləşdirilib, İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər edilib, vahid qaydalar təsdiq olunub, qanunla əldə edilən gəlirin 4,2%-nin ölkədə idmanın inkişafına yönəldilməsi qərara alınıb.

Simsar.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 309-cu maddəsi yenidən işlənərək qumar oyununda iştiraka görə cərimənin məbləği artırılıb. Bundan sonra qumar oyununda iştirak edənlər oyun ləvazimatı, onlara qoyulmuş pul vəsaitləri və digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək cərimə olunacaqlar. Əvvəllər bu məbləğ 15-20 manat təşkil edib. Bu dəyişiklik qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına şamil olunmur. İnzibati Xətalar Məcəlləsinə edilmiş digər dəyişikliklərə əsasən, qanunsuz lotereyaların və idman mərc oyunlarının (stimullaşdırıcı lotereyalar istisna olmaqla) hüququ olmayan şəxs tərəfindən təşkilinə görə təşkilatçı 1500 manatdan 2000 manatadək cərimə ödəyəcək. Bununla əlaqədar Cinayət Məcəlləsinə də əlavə və dəyişikliklər edilib. 

Qanunsuz olaraq lotereya və idman mərc oyunlarının keçirilməsinə görə bu əməllər təkrar törədildikdə, külli miqdarda ziyan vurulduqda, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya 1 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Qumarxana üçün yer təşkil edən və həmin yeri saxlayanlar 2 ilədək müddətə islah işləri və ya üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs - mütəşəkkil dəstə tərəfindən törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.






14 Oktyabr, 2011  20:04 Baxılıb: 1191 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner