Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi qaydaları dəyişdi

Əcnəbilərə fərdi icazələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən veriləcək

Nazirlər Kabineti “Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında” və “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edib.

 Simsar.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən, əcnəbilərə fərdi icazələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən veriləcək. Fərdi icazə ilə bağlı daxil olmuş müraciətlərə 20 (iyirmi) iş günü ərzində baxılır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti vahid miqrasiya məlumat sistemi vasitəsilə sənədlər haqqında məlumatları rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 (beş) iş günü müddətində daxil olmuş məlumatlara baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə rəy verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 (beş) iş günü ərzində rəyin bildirilməməsi fərdi icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. Fərdi icazənin verilməsi və ya bundan imtina olunması barədə müvafiq qərar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilir. Fərdi icazənin verilməsi haqqında qərar qəbul edildikdə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti fərdi icazənin müəyyən olunmuş qaydada doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir.

Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə almış əcnəbilərin mənşə ölkələri və ixtisasları (və ya peşələri) daxil olmaqla, iqtisadi fəaliyyət sahələri üzrə sayı haqqında məlumatlar və il ərzində müddətlərinin uzadılması gözlənilən müvafiq fərdi icazələrin sayı üzrə proqnozları, cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə, cari və ötən il ərzində əcnəbi işçi qüvvəsinin cəlb olunması qaydalarının işəgötürənlər tərəfindən pozulması halları haqqında məlumatlar və işəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatına dair ümumiləşdirilmiş proqnoz məlumatlar qeyd olunmalıdır.






13 Oktyabr, 2011  23:30 Baxılıb: 1637 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner