Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bu gün Sevil Əliyevanın ad günüdü

O, 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub

Oktyabrın 12-si prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın doğum günüdür. Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində təhsilini davam etdirib.

1977-1980-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb, namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.
1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların müəllifidir. Həmçinin “Sevil” Qadınlar Məclisinin sədri, “SOS” Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.
Sevil Əliyeva hazırda Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsini tutan Mahmud Məmmədquliyevlə ailə qurub. Uzun illərdir övladları - bir qızı, iki oğlu - ilə birgə Londonda yaşayır.
Sevil Əliyeva həm də ictimai sahədə aktiv qadın kimi tanınır. “Space” televiziyasının qurucusudur. Telekanal məhz onun doğum günündə - 1997-ci il oktyabrın 12-də yaradılıb. Bir vaxtlar S.Əliyevanın telekanal üzərində nəzarəti itirdiyi haqda məlumatlar dolaşsa da, bu xəbərlər təsdiqini tapmayıb. S.Əliyeva hazırda da telviziyanın təsisçisi olaraq qalır. "Space" Müstəqil Teleşirkəti 1997-ci il oktyabrın 12-də efirə çıxıb. Telekanal xəbərlər proqramı ilə yanaşı, əyləncəli (daha çox) verilişlər - tok-şou, musiqili-əyləncəli, intellektual oyunlarla efiri doldurur. Hazırda 365 işçinin çalışdığı telekanalın fəaliyyəti son illərdə müəyyən səbəblərdən zəifləyib. Ancaq yarandığı ilk illərdə telekanal ölkənin aparıcı tv-ləri sırasında olub. Televiziya yayımı ilə yanaşı, "Space" TV-nin tərkibində həm də Fm 104 Mhz dalğasında yayımlanan eyni adlı radio fəaliyyət göstərir.
Qeyd edək ki, bir zamanlar S.Əliyevanın adı prezidentliyə namizəd kimi hallanıb; o, sabiq dövlət başçısı Heydər Əliyevlə birlikdə bir sıra beynəlxalq tədbirlərə qatılıb. Ancaq son illərdə S.Əliyevanın Bakıya az-az gəldiyi müşahidə olunur. Bir neçə il əvvəl S.Əliyevanın Bakıya qayıdıb aktiv siyasi fəaliyyətə başlayacağı, hakimiyyətdən uzaqlaşdırılan tanınmış insanlarla birlikdə partiya quracağı ilə bağlı xəbərlər olsa da, bu məlumatlar həyatda təsdiqini tapmayıb.
Eyni zamanda son illərdə belə bir məlumat yayılıb ki, prezidentin bacısı oğlanlarından birinin hakimiyyətdə yüksək post tutmasını istəyir. Ancaq bu günə qədər də S.Əliyevanın bu istəyi reallaşmayıb.
Qeyd edək ki, bir qədər əvvəlı yerli mətbuatda Sevil Əliyevaya “Baronessa” zadəgan titulunun verilməsi ilə bağlı məlumat yayılmışdı. Eyni zamanda onun Britaniya siyasi elitası ilə yaxın əlaqələrinin olması ilə bağlı məlumatlar zaman-zaman dövriyyəyə buraxılır. Ancaq bütün bu məlumatlar və digər informasiyalara heç bir reaksiya olmayıb; özü və ya nümayəndələri tərəfindən bu kimi informasiyaları təkzib cəhdləri qeydə alınmayıb.






13 Oktyabr, 2011  16:50 Baxılıb: 2239 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner