Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

SƏYYAD ARAN SİMSAR.AZ-a YENİ İŞİNDƏN DANIŞDI

“İdrak Qarayevlə normal münasibətim var”

“Mənə Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsi təklif olundu. Mən də fikirləşib qərarımı verdim”.

Bu sözləri Simsar.az saytına açıqlamasında Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu, parlamentin sabiq deputatı Səyyad Aran bildirib.

S.Aran Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə işə götürülüb.

Məlumatlara görə, S.Aranın parlamentdə yeni müdiri - Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun müdiri İdrak Qarayev vaxtilə parlament seçkilərində ona rəqib olub. İdrak müəllim də Səyyad Aranla əslən eyni rayondan - İmişlidəndir. Vaxtilə seçkilərdə bir-birinə rəqib olmuş bu iki şəxs indi yenidən üz-üzə gəlməli olurlar.

2000-ci il seçkilərində Səyyad Aran qalib elan edilərək deputat mandatı qazanmışdı. Onun o zamankı rəqibi İdrak Qarayev isə seçkiləri uduzmuşdu.

S.Aran Simsar.az-a həmçinin bildirdi ki, onun yeni müdiri həqiqətən də 2000-ci il parlament seçkilərində rəqibi olub: “Amma bunun məsələyə heç bir dəxli yoxdur. Seçki-seçkidir, iş-iş. İdrak Qarayevlə normal münasibətim var. Yeni işimdən razıyam, hər hansı narazılığım yoxdu. Əgər təklifi qəbul etmişəmsə, deməli, vəzifəmin öhdəsindən gələcəyimi gözə almışam. Mənə bu vəzifəni təklif edənlərin etimadını doğruldacam”.

RUSLAN






13 Oktyabr, 2011  14:50 Baxılıb: 1546 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner