Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AVSTRİYANIN PREZİDENTİ AZƏRBAYCANI TƏRİFLƏDİ

 İlham Əliyev: “Sürətlə inkişaf edən ikitərəfli münasibətlərimizdə yeni mərhələyə qədəm qoyuruq”

Bu gün təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Simsar.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətində deyib ki, bu səfər ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çox əhəmiyyətlidir və səfərin nəticələrinin çox uğurlu olacağına əmindir. 
Prezident İlham Əliyev bildirib ki, biz bir sıra mühüm sənədlər imzalamaq və bir sıra müxtəlif məsələləri ətraflı müzakirə etməyi planlaşdırılıb: “İkitərəfli münasibətlərin gündəliyi kifayət qədər genişdir. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli də daxil olmaqla, enerji əməkdaşlığı, iqtisadi fəaliyyət sahələrində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etməyə hazırıq. Biz sürətlə inkişaf edən ikitərəfli münasibətlərimizdə yeni mərhələyə qədəm qoyuruq. Mən bilirəm ki, iqtisadi sahədə qarşılıqlı maraqlar var. İşgüzar dairələr arasında görüşlər keçiriləcək. Mədəniyyət sahəsində də bizim yaxşı nəticələrimiz var. Düşünürəm ki, əməkdaşlığımızın səviyyəsindən qane ola bilərik”.
Avstriya Prezidenti Haynts Fişer Heydər Əliyevin 2000-ci ildə Avstriyaya səfərini xatırladıb: “O vaxtdan on bir il keçib, bir çox dəyişikliklər baş verib, böyük inkişaf var. Ölkəniz inkişaf tempi baxımından böyük addımlar atıb. Bu, çox təqdirəlayiqdir. Bu münasibətlə təbriklərimi bildirirəm. Sizin dəvətinizi böyük məmnuniyyətlə qəbul etdim. Nümayəndə heyətimizin tərkibi təkcə siyasətçilər və diplomatlardan ibarət deyildir. Bura, həmçinin işgüzar dairələrdən, elm, turizm və digər sahələrdən nümayəndələr daxildirlər”.






12 Oktyabr, 2011  17:53 Baxılıb: 1150 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner