Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kasıb ailə 125 milyon dollar uddu

"EuroMillions" lotereyasında 125 milyon avroluq cek-potun sahibləri bilinib. Onlar indiyədək cəmi 2 dəfə bu lotereyanın biletlərini almış britaniyalı ailədir.

Milli.az "Metro"ya istinadən bildirir ki, İngiltərənin Kembricşir səmtindəki Uisbeç şəhərində yaşayan Deyv və Ancela Deues ailəsi birotaqlı mənzildə yaşayırlar.
Onlar illərdən bəri evli olsalar da, pulsuzluqdan toy da edə bilməmişdilr.
İndisə onlar varidatlarına görə Britaniyada 703-cü yerdədir.

47 yaşlı Deyv Devis "Premier Foods" restoranında növbə rəisi, 43 yaşlı Ancela isə "British Heart Foundation" təşkilatında volontyordur.

"Lotereyaya televizora baxanda ağlımıza belə, gətirmirdik ki, qalib gələcəyik. Biletlərimizi götürdük və nömrələrin dalbadal uyğun gəldiyini gördük. Sadəcə, inana bilmirik. "Camelot"a zəng üçün çox gecdi və səhəri dirigözlü açaraq gözlədik", - Deyv deyib.

Ailə Çelsiyə köçmək, sonra Las-Veqas və İsveçrəyə səyahət etmək niyyətindədir.

Bu ilin iyulunda Şotlandiyadakı Erşir qraflığında yaşayan Kolin və Kristin Ueyr ailəsi "EuroMillions"da 193 milyona avro udmuşdular.






12 Oktyabr, 2011  17:27 Baxılıb: 1094 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner